Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş binanı rabitə xidmətləri ilə təmin edib.
İKT
23 May , 2019 10:31
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş binanı rabitə xidmətləri ilə təmin edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir. 

Şəhərin M.P.Vaqif küçəsində yerləşən 4 mərtəbəli, 36 mənzilli binaya 1300 metr məsafədə yerləşən elektron ATS-dən müxtəlif tipli kabellər çəkilməklə telefon və internet xidmətləri verilib.

Görülmüş işlər nəticəsində əvvəllər simsiz CDMA telefon rabitəsindən istifadə edən qazilər və şəhid ailələri hazırda REMUT tipli elektron ATS vasitəsilə telefon və internet xidmətlərindən faydalana biləcəklər. Elektron ATS-in mövcud tutumunun 288 nömrədən 336 nömrəyə çatdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi