Yuxarı

Prezident İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb

Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 12-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi