Ötən il “Dell” Azərbaycanın kompüter bazarının 10%-nə nəzarət edib

Ötən il “Dell” Azərbaycanın kompüter bazarının 10%-nə nəzarət edib 2019-cu ilin göstəricilərinə görə, “Dell” notbukları və personal kompüterləri Azərbaycan kompüter bazarının 10%-ni təşkil edir.
İKT
19 Fevral , 2020 18:07
Ötən il “Dell” Azərbaycanın kompüter bazarının 10%-nə nəzarət edib

"2019-cu ilin göstəricilərinə görə, “Dell” notbukları və personal kompüterləri Azərbaycan kompüter bazarının 10%-ni təşkil edir". 

Bunu “Report”a açıqlamasında ABŞ-ın “Dell” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Elcore” şirkətinin ölkə meneceri Kamran Əsədov deyib.

K.Əsədovun sözlərinə görə, Azərbaycanda şirkətin əsasən kiçik və orta ölçülü kompüterlərinə maraq var: “Ən çox satılan məhsullar “medium”, yəni 15,6 ölçülü Core İ3 və Core İ5 prosessor olan noutbuklardır. Onların da qiyməti 650-1 500 manat arasında dəyişir. Bundan başqa, “Business Premium və Gaming” modellərinə kifayət qədər maraq var. Bu cür məhsulları alan müştərilər Alienware və G-gaming nə olmasını çox gözəl bilirlər!”.

Xatırladaq ki, informasiya texnologiyaları nəhəngi "Dell” 1984-cü ildə yaradılıb. Şirkətin ABŞ və digər ölkələrdə 145 min əməkdaşı var.

Son xəbərlər

Orphus sistemi