Yuxarı
    Bağlamaq

    Ötən il Azərbaycanda kiberhücum cəhdlərinin ümumi sayı 2,2 mln.-u üstələyib

    Bunu 84%-i Bakıda, 11%-i Abşeronda qeydə alınıb

    Bakı. 3 mart. REPORT.AZ/ Ötən il Azərbaycanda şirkətlərə kiberhücum cəhdlərinin ümumi sayı 2,2 mln.-u üstələyib. 

    "Report " xəbər verir ki, bunu Bakıda keçirilən "Kaspersky Lab" şirkətinin "İri müəssisələrin mühafizəsinə strateji yanaşma" adlı seminarda şirkətin aparıcı antivirus mütəxəssisi Sergey Lojkin bildirib.

    "2016-cı ildə Azərbaycanda şirkətlərə hücum cəhdlərinin ümumi sayı 2,2 mln.-u ötüb. Onların 84%-i Bakıda, 11%-i Abşeronda qeydə alınıb. Bu, ciddi rəqəm hesab edilir. Bakıda hücuma məruz qalan korporativ kompüterlərin sayı ümumilikdə 11 min təşkil edib", - deyə o, bildirib. 

    Onun sözlərinə görə, bu statistika qlobal tendensiya ilə münasibdir: "2016-cı ildə dünyada hər bir qurum ən azı bir dəfə kiberhücuma məruz qalıb. Şirkətlərin 38%-i bu zərərli proqram təminatı ilə qarşılaşıb. Şirkətlərin 36%-i əməkdaşlarının İT resurslarının düzgün istifadə etməməsi, 31%-nin isə korporativ məlumatların saxladığı cihazların itirilməsi ilə üzləşib". 

    "Bundan başqa, uğurlu həyata keçirilmiş kiberhücumdan kiçik və orta biznesə dəyən orta maddi ziyan 86,5 min ABŞ dolları, böyük bizneslər üçün 861 min dollar məbləğində qiymətləndirilir", - deyə S.Lojkin qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi