Azərbaycan şirkəti ötən il Ukraynanın ən böyük biznes sövdələşməsini həyata keçirib

Azərbaycan şirkəti ötən il Ukraynanın ən böyük biznes sövdələşməsini həyata keçirib 2019-cu ildə Ukrayna üçün ən böyük biznes sövdələşmələrinin siyahısı açıqlanıb.
İKT
14 Yanvar , 2020 16:26
Azərbaycan şirkəti ötən il Ukraynanın ən böyük biznes sövdələşməsini həyata keçirib

2019-cu ildə Ukrayna üçün ən böyük biznes sövdələşmələrinin siyahısı açıqlanıb. 

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu sövdələşmələr telekommunikasiya, farmaseptika, daşınmaz əmlak, satınalmalar, “yaşıl enerji” və aqrobiznes sahələrini əhatə edir.

Siyahının ilk 10-luğuna Azərbaycan şirkətinin Ukraynaya yatırdığı investisiya başçılıq edir. Belə ki, ötən ilin II yarısında Azərbaycanın mobil operatoru “Bakcell” 734 milyon ABŞ dollarına “Vodafone Ukraine”nı alıb və bunun üçün Rusiyanın MTS operatoru ilə müqavilə imzalayıb.

Xatırladaq ki, bu alqı-satqı sövdələşməsi “Bakcell”in də tərkibinə daxil olduğu NEQSOL Holdinq şirkətlər qrupu ilə MTS arasında bağlanıb.

Son xəbərlər

Orphus sistemi