Bakı. 11 avqust. REPORT.AZ/
RYTN-dən “Report”a verilən məlumata görə, Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən, ötən ay əhali “Elektron hökumət” portalı üzərindən e-xidmətdən 253 dəfə faydalanıb.
Elektron xidmət istifadəçilərə “10 saniyə gözləmə ilə birbaşa rabitə”, “abunəçi cavab vermədikdə yönləndirmə”, “giriş zənglərinin bağlanması (narahat etmə)”, “konfrans rabitə”, “müəyyən vaxta xatırlama zəngi”, “qısaldılmış nömrə yığma”, “zənglərin şərhsiz yönləndirilməsi” kimi 20-dən artıq servis təqdim edir.
Qeyd olunub ki, servislərə qoşulma ilə yanaşı e-xidmətdən istifadə edərək onlardan imtina etmək də mümkündür.