Bakı. 12 oktyabr. REPORT.AZ/
RYTN-in mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, “Elektron hökumət” portalı istifadəçiləri sentyabrda “Mobil cihazların IMEI kodunun yoxlanılması” e-xidmətindən 47991 dəfə faydalanıb.
Adıçəkilən xidmət vasitəsi ilə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə edilə bilir. Bunun üçün portalda həmin e-xidməti seçib, telefonun IMEI kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək kifayət edir.