"Opera" şirkəti pulsuz VPN dəstəkli brauzer buraxıb

"Opera" şirkəti pulsuz VPN dəstəkli brauzer buraxıb Funksiyanı brauzerin parametrlər bölməsində aktivləşdirmək olar
İKT
20 Sentyabr , 2016 14:42
Opera şirkəti pulsuz VPN dəstəkli brauzer buraxıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Opera" şirkəti masaüstü brauzerin yekun versiyasını buraxıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, son versiya pulsuz VPN dəstəklidir.

Qeyd edək ki, VPN (Virtual Private Network) virtual özəl şəbəkələr olmaqla iki kompyuter arasında məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən əlaqə vasitəsidir.

Funksiyanı brauzerin parametrlər bölməsində aktivləşdirmək olar. Bundan sonra "Opera"da VPN-trafikə nəzarət etmək və ölkələr üzrə keçid həyata keçirmək üçün nişan çıxacaq. Bu opsiya ABŞ, Kanada, Hollandiya, Almaniya və Sinqapurun IP-ünvanlarını maskalamaq üçün istifadə ediləcək.

"Opera"da quraşdırılan bu xidmət pulsuzdur və trafik üzrə heç bir məhdudiyyət yoxdur.

Bundan əlavə, brauzerin yeni versiyasında reklamı bloklaşdırıcı funksiya quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi