Yuxarı

"Nokia" yeni smartfonlarını 2017-ci ildə təqdim edəcək

HMD şirkəti 10 il ərzində onun brendini istifadə etmək üçün Nokia ilə saziş imzalayıb

Bakı. 1 dekabr. REPORT.AZ/ “Android” əməliyyat platforması əsasında “Nokia”nın yeni smartfonlarını 2017-ci ilin birinci yarısında əldə etmək mümkün olacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı “HMD Global” şirkəti məlumat yayıb.

“HMD” “Microsoft”un telefon istehsalına cavab verən bölməsini alıb. Eyni zamanda sözügedən şirkət 10 il ərzində onun brendini istifadə etmək üçün “Nokia” ilə saziş imzalayıb.

“HMD”nin məlumatında qeyd olunub ki, o smartfon bazarında “mühüm oyunçu” olmağı planlaşdırır.

“GSM Arena”nın məlumatına görə, “Nokia” brendinin yeni sahibi tərəfindən istehsal edilən smartfonun ilk modellərindən biri 5 düym diaqonallı, 13 meqapiksel kameralı, 2 GB operativ yaddaşı D1°C modeli və onun 5,5 düym diaqonalı, 16 meqapiksel kameralı və 3 GB operativ yaddaşı olan digər versiyası olacaq.

Məlumata görə, “Nokia” aparatların satışa çıxarılma tarixi və qiyməti haqqında 2017-ci ilin fevralında Barselonada keçirilən “Ümumdünya Mobil Konqresi”ndə elan edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi