Yuxarı

"Nokia" mobil telefon istehsalını bərpa edir

Nokia və Microsoft növbəti ildən  telefon satışını bərpa etməyi planlaşdırır

Bakı. 19 iyun. REPORT.AZ/ Finlandiyanın “Nokia” şirkəti "Microsoft” korporasiyası ilə saziş imzaladıqdan sonra, növbəti ildən etibarən telefon satışını bərpa etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə şirkət rəhbəri Raciv Suriv “Reuters”ə bildirib.

Bununla yanaşı “Nokia” bunu tək başına etməyəcək, onlar bu iş üçün özlərinə münasib tərəfdaş tapmalıdır. “Microsoft”dan fərqli olaraq, “Nokia” telefon istehsal etməyəcək, o, telefonları hazırlayacaq, daha sonra brend üçün lisenziyanı satacaq.

Rəsmi açıqlamadan əvvəl bu barədə söz-söhbətlər olsa da, şirkət bunu təkzib etmişdir. Finlandiya istehsalçısı mobil biznesinin ABŞ-ın "Microsoft” korporasiyasına 5,4 mlrd. avroya satılmasını 2013-cü ilin sentyabrında bəyan edib. Saziş 2014-cü ilin aprelində tamamlanıb. Bundan sonra “Nokia Technologies” bölməsindən başqa Finlandiya şirkətinin strukturunda daha iki bölmə qalıb. Onlardan biri şəbəkə avadanlıqlarının yaradılması və onlara xidmət üzrə bölmə, digəri kiçik “HERE” naviqasiya proqram təminatı bölməsidir.

Qeyd edək ki, “Microsoft”la imzalanan sazişə görə, şirkətə 2016-cı ilin IV rübünədək telefonlarda “Nokia” brendindən istifadə qadağandır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi