Niderlandda 5G texnologiyasının sınaqları başlayıb

Niderlandda 5G texnologiyasının sınaqları başlayıb Layihədə bir sıra aparıcı holland və beynəlxalq telekommunikasiya şirkətləri iştirak edəcək
İKT
22 Avqust , 2015 02:51
Niderlandda 5G texnologiyasının sınaqları başlayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Niderlandın şimalındakı kiçik Loppersum kəndi və onun ətrafı 5G məlumatların ötürülmə texnologiyası sınaqlarının keçiriləcəyi dünyada ilk kənd ərazisi olacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "RTV Noord" telekanalı məlumat verib. 

Layihədə bir sıra aparıcı holland və beynəlxalq telekommunikasiya şirkətləri, o cümlədən TNO, Ericsson, KPN və Huawei şirkətləri iştirak edəcək. 

"Bu yaşayış məntəqəsinin sınaq meydançasına çevrilməsi haqqında qərar investorların bu əraziyə marağını artırmaq üçün Qroninqen əyalətinin iqtisadi şurası tərəfindən qəbul edilib", - telekanal qeyd edib. 

"Bununla belə, Loppersum sakinlərinin hələlik yeni ötürülmə texnologiyalarına girişi olmayacaq. Sınaqlar regiona biznesin cəlb olunması məqsədini daşıyır. Bütün dünyadan şirkətlər 5G texnologiyalarından istifadə etməklə burada öz məhsullarını işləyib hazırlaya biləcək".

Sakinlər üçün isə texnologiya məlumatlarının ötürülməsinin yeni standartının ümumi istifadəyə verilməsi zamanı əlçatan olacaq. Ekspertlər düşünürlər ki, bu, 2020-ci ildən tez baş verməyəcək. 

Son xəbərlər

Orphus sistemi