Bakı. 10 oktyabr. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 13-də, saat 12:30-da Göyçay şəhərində Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
“Report”a daxil olan məlumata görə, vətəndaşlardan
Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Göyçay rayonunda (020) 274 23 66, Mingəçevir şəhərində (024) 275 29 99, Kürdəmir rayonunda (020) 255 15 99, Ucar rayonunda (020) 213 37 77, Ağdaş rayonunda isə (020) 235 51 99 nömrəli telefonlara zəng etmələri xahiş olunur.