Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tenderlər elan edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tenderlər elan edib Tenderlər hava xətt şəbəkəsinin genişləndirilməsi və ofis avadanlığının alınmasını nəzərdə tutur
İKT
4 Aprel , 2017 12:02
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tenderlər elan edib
Report.az

Bakı. 4 aprel. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYT) "Aztelekom" MMC açıq tender keçirir.

"Report" dövrü mətbuata istinadən xəbər verir ki, bir lot üzrə keçirilən tenderdə "Aztelekom" tərəfindən hava xətt şəbəkəsinin genişləndirilməsi və istismara tələb olunan 2 000 ədəd 6,5 metrlik hopdurulmuş ağac dirəklərinin alınması nəzərdə tutulur. Bu tenderdə iştirak haqqı 800 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri 8 may saat 17:00-dək, tender təklifi və bank təminatını isə 18 may saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti,187 ünvanına ("Aztelekom" MMC-nin Tender Komissiyasına) təqdim etməlidirlər. İddiçıların təklifləri 19 may saat 11:00-da göstərilən ünvanda açılacaq.

"Aztelekom" MMC eyni zamanda hava xətt şəbəkəsinin genişləndirilməsi və istismara tələb olunan 6 800 ədəd 6,5 metrlik və 100 ədəd 8,5 metrlik dirəklərin alınması məqsədilə bir lot üzrə tender keçirir. Bu tenderdə iştirak haqqı 1 500 manatdır. İddiaçılar tələb olunan sənədləri 6 may saat 17:00-dək, tender təklifini isə 17 may saat 17:00-a kimi həmin ünvanına təhvil verməlidirlər. Təkliflər 18 may saat 11:00-da açılacaq.

NRYT-nin daha bir tenderi isə "Aztelekom" tərəfindən tələb edilən 220 ədəd müxtəlif katerqoriyalı kompüter və onların aksessuarlarının alınmasını nəzərdə tutur. Bu tenderdə iştirak haqqı isə 800 manat təşkil edir. Tenderdə iştirak etmək istəyənlər zəruri sənədləri 3 may saat 17:00-dək, tender təkliflərini isə 15 may saat 17:00-dək Tbilisi prospekti,187 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri mayın 16-da açılacaq.

Son xəbərlər

Orphus sistemi