Yuxarı
    Bağlamaq

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tender keçirir

    Tender 2 lot üzrə keçirilir

    Bakı. 15 fevral. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyindəki “Aztelekom” MMC-nin tələbatına əsasən informasiya texnologiyaları infrastrukturunun qurulması işlərinin və xidmətlərinin satın alınması üzrə açıq tender elan edib.

    “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, tender 2 lot üzrə keçirilir. 1-ci lot hesablama avadanlığı və proqram təminatlarının satın alınması ilə bağlıdır ki, burada iştirak haqqı 1 500 manatdır. 2-ci lot isə server otağı üçün avadanlığın satın alınmasını nəzərdə tutur ki, burada da iştirak haqqı 500 manatdır.

    İddiaçıların ilkin sənədləri martınm 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə martın 16-na qədər “Aztelekom”un inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına təqdim etməlidirlər.

    Təkliflərə martın 17-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi