Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin vətəndaş qəbulunun tarixi dəyişib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin vətəndaş qəbulunun tarixi dəyişib Bakı. 19 oktyabr. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin oktyabrın 26-da Beyləqan şəhərində keçirilən görüşün vaxtı dəyişdirilib.
İKT
19 Oktyabr , 2018 11:13
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin vətəndaş qəbulunun tarixi dəyişib
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin oktyabrın 26-da Beyləqan şəhərində keçirilən görüşün vaxtı dəyişdirilib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının sakinlərini oktyabrın 23-ü saat 12:00-da keçiriləcək.

Nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi