Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göygöldə vətəndaşlarla görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göygöldə vətəndaşlarla görüşüb Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb
İKT
31 Avqust , 2017 16:05
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göygöldə vətəndaşlarla görüşüb

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göygöl şəhərində vətəndaşlarla görüşüb.

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.

R.Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Regional səfər çərçivəsində nazir aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Toplantıda R.Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi