Yuxarı

Nazirlik: Rabitənin işi ilə bağlı heç bir şikayət yoxdur

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qəza xidmətləri yaradıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində güclü qarın yağması ilə əlaqədar rabitə obyektlərinin işində hər hansı problemin yaranması ilə bağlı heç bir şikayət daxil olmayıb. Bunu "Report"a açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib. 

Onun sözlərinə görə, qış mövsümünə hazırlıqla əlaqədar olaraq, hələ bir neçə ay öncədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. 

"Nazirlikdə qış mövsümünə hazırlıqla əlaqədar olaraq hələ bir neçə ay öncədən tədbirlər planı hazırlanıb, növbətçilər müəyyən edilib və qəza xidmətləri yaradılıb. Bu tədbirlər həm paytaxt, həm də regionları əhatə edir. Bu günə qədər hələlik heç bir şikayət daxil olmayıb. Əgər rabitə sahəsində hər hansı problem yaranarsa, operativ şəkildə onu həll etməyə hazırıq", - deyə M.Əmirov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi