Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Azərbaycan regionun İKT lideri kimi tanınır"

    Azərbaycan kosmos sahəsində lider dövlətlərin sırasına qoşulur

    Bakı. 2 dekabr. REPORT. AZ/ Azərbaycan kosmos sahəsində lider dövlətlərin sırasına qoşulur. Ölkədə informasiya və yüksək texnologiyalar sahəsi prioritet inkişaf sahələrindən biri elan edilib. 

    "Report" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən, nazirin I müavini Ramin Quluzadə bu gün Bakıda işə başlayan "Bakutel-2015" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılış mərasimində bildirib. 

    O, çıxışı zamanı ölkədə informasiya texnologiyaları sahəsinin inkişafına verilən önəmdən bəhs edib. R.Quluzadə qeyd edib ki, son illərdə əldə edilən nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan regionun lideri kimi tanınır. 

    Qeyd edək ki, bu gün Bakıda "Bakutel" telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. Sərgidə 21 ölkədən 200-dən artıq şirkət iştirak edir.
    Tədbir dekabrın 5-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi