NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb

NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb “Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur”
İKT
1 Noyabr , 2016 14:49
NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb

Bakı. 1 noyabr. REPORT.AZ/ NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb.

“Report”un xəbərinə görə, bu barədə NASA-nın İctimiəyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.

“Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”, - deyə cavabda bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkə KİV-lərində K.Əhmədlinin NASA-da praktika keçmək üçün ABŞ-a getməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. K.Əhmədli isə bu barədə bir neçə televiziya kanalına müsahibə də verib.

Son xəbərlər

Orphus sistemi