Yuxarı
    Bağlamaq

    "Nar" tələbələrə yeni vakansiyalar təqdim edib

    Şirkət gənc kadrlara 5 iş vakansiyası üzrə iş təklif edib

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın üçüncü rabitə operatoru olan “Nar” şirkəti bu gün ADA Universiteti tərəfindən təhsil müəssisəsinin kampusunda təşkil edilən V Karyera Sərgisində iştirak edib.

    Şirkətdən "Report"a bildirilib ki, universitet tələbələrinin iştirakı ilə keçirilən sərgidə biznesin təşkili və idarə olunması, ictimai siyasət və idarəetmə, beynəlxalq münasibətlər və diplomatiya, informasiya texnologiyaları və kompüter mühəndisliyi, kompüter elmləri və sistem mühəndisliyi və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

    ADA Universiteti tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə təşkil edilən karyera sərgisində iştirak edən “Nar” gənc kadrlara 5 iş vakansiyası təqdim edib. Brend və reklam işi üzrə mütəxəssis, kommersiya üzrə analitik, rəqəmsal marketinq üzrə mütəxəssis, media satınalması üzrə mütəxəssis və müştəri xidmətləri üzrə nümayəndə kimi vakant iş yerlərini təqdim edən mobil operator gənclərin işə cəlb olunması istiqamətində daha bir addım atıb.

    "Tədbirdəki “Nar” stendi gənclərin böyük marağına səbəb olub. Təqdimat zamanı onlara iş vakansiyaları barədə daha ətraflı məlumat verilib, mobil operatorun nümayəndəsi gəncləri maraqlandıran sualları cavablandırıb. Namizədlər tərcümeyi-hallarını şirkət nümayəndəsinə təqdim ediblər. “Nar” rabitə operatorunda karyera fürsəti ilə maraqlanan ən uğurlu namizədlər müsahibəyə dəvət olunaraq, qeyd olunan vakansiyalar üzrə işlə təmin edilmək imkanı qazanacaqlar", - deyə məlumatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi