Yuxarı
    Bağlamaq

    “Nar” qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı seçilib

    Eləcə də yarışlara texnoloji dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq

    Bakı. 31 avqust. REPORT.AZ/ “Nar” 20 sentyabr-1 oktyabr 2017-ci il tarixlərində Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçilib. 

    Bu barədə “Report”a şirkətin mətbuat xidmətindən məlumat verilib.

    Mobil operator eyni anda Bakı və Göygöl şəhərləri, eləcə də Tiflisdə (Gürcüstan) təşkil ediləcək voleybol üzrə Avropa çempionatının təşkilatçıları və iştirakçılarını mobil rabitə – zəng və məlumatların ötürülməsi (data) xidmətləri ilə təmin edəcək, eləcə də yarışlara texnoloji dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.

    “Qeyd edək ki, iki il öncə Azərbaycanda keçirilən ilk Avropa Oyunları və bu ilin may ayında Azərbaycanda təşkil edilən IV İslam həmrəyliyi oyunlarının telekommunikasiya tərəfdaşı olmuş “Nar” ölkədə həyata keçirilən müxtəlif idman layihələrinin tərəfdaşı kimi təcrübə qazanıb. Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin telekommunikasiya tərəfdaşı olaraq “Nar”-ın peşəkar əməkdaşları yarışların əməliyyat komitəsini yüksəkkeyfiyyətli xidmətlə təmin etməyi hədəfləyirlər. “Nar” bu növbəti idman bayramının Azərbaycana daha bir uğur gətirəcəyindən əmin olmaqla, bu uğurun qazanılması üçün əmək sərf etməkdən qürur duyduğunu ifadə edir”, - deyə açıqlamada qeyd edilir.

    Xatırladaq ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6 mindən artıq baza stansiyası ilə abunəçilərə xidmət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi