Yuxarı

"Nar-CityNet" limitsiz internetin sürətini 2 dəfə artırıb

Əlavə olaraq, “Extreme-1” və “Maxima” tariflərində internetin trafiki 3 dəfədən çox artırılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Avqustun 1-dən etibarən “Nar-CityNet” bütün limitsiz tariflərində internet sürətini 2 dəfəyə qədər artırıb.

“Nar” şirkətindən “Report”a bildirilib ki, indi abunəçilər eyni qiymətə daha sürətli internet xidmətindən yararlanacaqlar. Əlavə olaraq, “Extreme-1” və “Maxima” trafikli tariflərdə internetin trafikinin həcmi 3 dəfədən çox artırılıb.

“Nar-CityNet” xidmətlərinə qoşulan bütün yeni abunəçilərə daha yüksək sürətlə yanaşı, bir ay pulsuz internet də təqdim olunacaq. Bundan başqa, “Nar-CityNet”in ADSL xidmətindən istifadə edən cari abunəçilər fiber-optik internet xidmətinə keçdikdə, hədiyyə olaraq ruter əldə edəcəklər. Pulsuz ruteri əldə etmək üçün abunəçilər ilk iki ayın abunə haqqını öncədən ödəməlidirlər.

Qeyd edək ki, hazırda “Nar-CityNet” Bakı və Abşeron yarımadası ərazisində FTTB (Fiber to the Building – bina üçün fiber-optik) və ADSL (Asymmetric Digital Subscriber Line – asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi