Yuxarı

Muhammadu Kah: "Azərbaycan neft və qaz asılığından qorunmaq üçün İKT inkişafına önəm verməlidir"

ADA-nın rektor müavini azərbaycanlı qadınlara erkən yaşlarından riyaziyyat və elmə diqqət yetirməyi tövsiyə edib

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan neft və qaz asılığından qorunmaq üçün bilik və bacarıqların, informasiya-telekommunikasiya texnologiyalarının (İKT) inkişafına önəm verməlidir. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanın Rəqəmsal Qızları: Parlaq gələcək" adlı tədbirdə ADA Universitetinin Texnologiyalar və İnnovasiyalar üzrə rektor müavini Muhammadu Kah bildirib. 

M.Kah hesab edir ki, informasiya telekommunikasiya texnologiyalarını inkişaf etdirməklə Azərbaycan xeyli sayda iş yerləri yarada bilər: "Azərbaycan artıq bu istiqamətdə addımlar atıb. Hazırda İKT sahəsində qızların əksəriyyəti təhsil alır".

Bu sahənin çətinliklərindən bəhs edən M.Kah Azərbaycanın bu sahədə həyata keçirə biləcəyi imkanlarla barədə danışıb. 

Mütəxəssis hesab edir ki, Azərbaycan ölkəni Avropaya mərkəz (hub) kimi istifadə etməyi düşünən texnologiya sahəsində ixtisaslaşmış sahibkarları, habelə bacarıqlı və rəqabətli istedad hövzəsinin genişləndirmək istəyən beynəlxalq şirkətləri cəlb etməlidir.

İKT sahəsini iqtisadi inkişaf drayveri və dayanıqlı inkişaf imkanı kimi nəzərdə keçirən ADA-nın rektor müavini azərbaycanlı qadınlara müraciət edib. O, erkən yaşlarından riyaziyyat və elmə diqqət yetirməyi tövsiyə edib. 

Qeyd edək ki, ümumdünya İKT gəlirlərinə dair statistik məlumatlara əsasən, 2016-cı ilin sonunadək İKT bazarının həcmi 3, 663 mlrd. avrodan artıq təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi