​Müəssisə və təşkilatlarda 108 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə tapılıb

​Müəssisə və təşkilatlarda 108 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə tapılıb Onlardan 48-i möhürlənib, 7-si isə silinib
İKT
1 İyul , 2015 20:33
​Müəssisə və təşkilatlarda 108 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə tapılıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanda təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 245 akt tərtib edilib. 

Dövlət Radiotezliklər İdarəsindən "Report"a daxil olan xəbərə görə, bu, radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və Efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə Efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən bu ilin 6 ayı ərzində iş planına və Dövlət Radiotezliklər İdarəsinə (DRİ) daxil olmuş müraciətlər əsasında həyata keçirilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 108 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 48 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 18 ədədinin qeydiyyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 12 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Son xəbərlər

Orphus sistemi