Müəllif Hüquqları Agentliyi gələn il rəqəmli hüquqları idarəetmə sistemini istifadəyə verəcək

Müəllif Hüquqları Agentliyi gələn il rəqəmli hüquqları idarəetmə sistemini istifadəyə verəcək İndiyədək 1900-dən çox məlumat rəqəmsallaşdırılıb
İKT
20 Aprel , 2017 14:57
Müəllif Hüquqları Agentliyi gələn il rəqəmli hüquqları idarəetmə sistemini istifadəyə verəcək
Report.az

Bakı. 20 aprel. REPORT.AZ/ "Müəllif Hüquqları Agentliyi gələn il rəqəmli hüquqları idarəetmə sistemini - DRM (Digital Right Management) istifadəyə verəcək". 

"Report" xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, DRM Agentliyin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində qlobal rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanır. 

K.İmanov deyib ki, elektron bazanın formalaşdırılması məqsədi ilə indiyə kimi 1900-dən çox, o cümlədən 584 mətn əsəri, 655 audio material, 225 video material, 114 foto, 411 müəllif və digər hüquq sahibi haqqında məlumat rəqəmsallaşdırılıb və elektron bazaya yerləşdirilib: "Materialların bazaya yüklənməsi işi hazırda da davam etdirilir. Sistemin 2018-ci ilin ilk 6 ayı ərzində sınaq tətbiqi, sonradan isə tam olaraq istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi