Yuxarı
    Bağlamaq

    Mobil rabitə xidmətlərinin fəaliyyəti üçün lisenziya 10 il müddətinə veriləcək

    Bu fəaliyyət növünə lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verir© Courtesy İmage

    Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı fəaliyyət növünə lisenziya 10 il müddətinə veriləcək.

    "Report"un xəbərinə görə, "Lisenziyalar və icazələr haqqında" qanununa dəyişiklik təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Dəyişiklik layihəsinə əsasən, "Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı"na "Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)" fəaliyyət növü əlavə edilir.

    Bu fəaliyyət növünə lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 10 il müddətinə verəcək.

    Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi