Yuxarı

“Microsoft Azerbaijan”: Azərbaycanın reytinqinin daha da yüksəlməsini istəyərdik

Bakı. 19 fevral. REPORT.AZ/ “Microsoft Azerbaijan” şirkətinin Azərbaycanda müxtəlif qurumlarla "Enterprice agreement” sənədi imzalaması şirkətin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Əqli Mülkiyyət Agentliyi (keçmiş Müəllif Hüquqları Agentliyi) ilə əməkdaşlığının nəticəsidir”. 

Bunu “Report”a “Microsoft Azerbaijan”ın baş direktoru Sərxan Həşimov deyib.

O həmçinin bildirib ki, əqli mülkiyyətin qorunması ilə bağlı Azərbaycanın reytinqi artmaqdadır və bu prosesin davamlı olmasını gözləyirlər: "Ölkənin IDC reytinqi proqram təminatı ilə yanaşı, musiqi və kino sənayesini də əhatə edir. Son reytinqdə Azərbaycanın göstəricisi 3% artıb. “Enterprice agreement” imzalandıqdan sonra əldə edilən həmin proqram təminatlarının istifadəsi bu reytinqin daha da yüksəlməsinə və iddia etdiyimiz nəticələrə nail olmağa imkan verəcək. Reytinqlər hər il deyil, 2 ildən bir müəyyən olunur. Ötənilki reytinqə irəliləyiş oldu, növbəti ildə də, təxminən, 20% yüksəlmə olmasını istəyərdik". 

“Microsoft” rəsmisi onu da bildirib ki, təmsil etdiyi şirkət digər dövlət qurumları ilə də əməkdaşlığa tam hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi