Yuxarı

​MİDA tender elan edib

Tender təklifləri sentyabrın 6-da açılacaq

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında "Mənzil İnşaatı Dövlət Agentliyi" (MİDA) MMC iki lot üzrə tender elan edib. “Report” xəbər verir ki, müsabiqənin birinci lotu kompüter avadanlıqlarının satın alınması, ikinci lotu isə bərk inventarının alınmasına nəzərdə tutur.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba hər bir lot üzrə 150 manat məbləğində iştirak haqqı ödəməklə Bakı şəhəri, Atatürk prospekti,57C (əlaqələndirici şəxs - Fariz Famil oğlu Abdullayev, tel.: (+99412) 436-38-35, daxili 237) ünvanından ala bilərlər. İştirak haqqı geri qaytarılmır.

Podratçılar həmçinin tender təklifinin ümumi qiymətinin 1%-i məbləğində tender təklifinin təminatı - bank zəmanəti təqdim etməlidir.

İddiaçılar iştirak etmək üçün ərizəni və iştirak haqqının ödənilməsini təsdiq edən sənədi avqustun 24-ü saat 17:00, tender təklifi və bank zəmanətini sentyabrın 5-i saat 17:00-dək təqdim etməlidir.

Tender təklifi zərfləri sentyabrın 6-sı saat 11:00-da MİDA-nın baş ofisində açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi