MDB-də kibertəhlükəsizliyin ən güclü olduğu ölkə məlum olub

MDB-də kibertəhlükəsizliyin ən güclü olduğu ölkə məlum olub Gürcüstan ən yüksək göstəricilərlə 8-ci olub
İKT
19 İyun , 2017 20:24
MDB-də kibertəhlükəsizliyin ən güclü olduğu ölkə məlum olub

Bakı. 19 iyun. REPORT.AZ/ Gürcüstan "Kibertəhlükəsizlik 2017 üzrə qlobal indeksi"ndə 8-ci yeri tutub. 

"Report"un Gürcüstan KİV-inə istinadən verdiyi məlumata görə, bu, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı (ITU) hesabatında qeyd edilib.

Kibertəhlükəsizlik üzrə qlobal indeks üzv dövlətlərin kibertəhlükəsizliyə meyilliyini yoxlayan sorğudur. İndeks 193 ölkəni birləşdirir. Ölkələr bu indeks üzrə beş əsas göstərici üzrə qiymətləndirilir: qanunvercilik bazası, texniki məlumatlar, təşkilatı məsələlər, keyfiyyətin yüksəldilməsi və kooperasiya. Gürcüstanda qanunvericilik bazası 0,91, texniki məlumatlar 0,77, təşkilati məsələlər 0,82, keyfiyyətin yüksəlməsi 0,9, kooperasiya isə 0,7 bal qiymətləndirilib.

Qeyd edək ki, həmin siyahıda Rusiya 10, Türkiyə 43, Azərbaycan isə 48-ci sıradadır. Ermənistan isə reytinqdə autsayder olub (111-ci yer). Əfqanıstan, Özbəkistan, Zimbabve, Liviya, Bosniya və Hersoqoviya ilə yanaşı, Ermənistan kibertəhlükəsizliyin yenicə yarandığı ölkələr siyahısına düşüb. Siyahıda ilk yerdə Sinqapur, daha sonra ABŞ və Malayziya qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi