Yuxarı

Martda vətəndaşlar fərdi məlumatlarla bağlı 6 mindən artıq e-arayış alıb

Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidməti sürətlə yayılır

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin mart ayında Azərbaycanda vətəndaşlar “Elektron hökumət” portalındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən 6 123 dəfə istifadə edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bu, “Elektron hökumət” bülleteninin aprel buraxılışında əksini tapıb. Həmin elektron xidmətdən hazırda “Bank of Baku”, “Unibank”, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank”, “Bank Respublika”, “AGBank”, “Rabitəbank”, Azərbaycan Beynəlxalq Bankı, “İnkişaf üçün maliyyə” BOKT, “İdeal Kredit” BOKT və “Azərbaycan Lizinq Şirkəti” faydalanır.

Qeyd edək ki, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılıb. Adları qeyd olunan banklara, bank olmayan kredit təşkilatlarına və lizinq şirkətinə müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək onlayn rejimdə “Elektron hökumət” portalına daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı təqdim etmək imkanını əldə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi