"Mançester Yunayted Futbol Məktəbi"nin ilkin hazırlıq qrupuna qəbul başlayır

"Mançester Yunayted Futbol Məktəbi"nin ilkin hazırlıq qrupuna qəbul başlayır Yeni qrupun məşqləri fevralın 15-dən başlayacaq
İKT
5 Fevral , 2016 10:57
Mançester Yunayted Futbol Məktəbinin ilkin hazırlıq qrupuna qəbul başlayır

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti “Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupuna qəbulun başladığını elan edib.

Şirkətdən “Report”a bildirilib ki, AFFA, “Bakcell” və İngiltərənin “Mançester Yunayted” futbol klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin artıq 5 aya yaxındır ki, ilkin hazırlıq qrupu öz fəaliyyətini davam etdirir. Lakin çoxsaylı istəkləri nəzərə alaraq, daha bir ilkin hazırlıq qrupunun yaradılmasına qərar verilib.

İlkin hazırlıq qrupunun 2003-2008-ci il təvəllüdlü uşaqlardan təşkil olunması planlaşdırılır. Sözügedən 5 həftəlik proqrama 130 manat ödəməklə qoşulmaq mümkün olacaq. Yeni qrupun məşqləri fevralın 15-dən başlayacaq.

Qrupda məşqlər həftədə 2 dəfə olmaqla “Bayıl Arena” stadionunda İngiltərədən ezam olunan Mik Benet (Mick Bennet) və assistentləri Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən keçiriləcək.

İkinci qeydiyyatdan keçmək üçün (şəxsiyyəti təsdiq edən sənəd, sağlamlıq haqqında arayış) tələb edilən sənədlərlə fevralın 15-də, saat: 17:30-da “Bayıl Arena” stadionuna gəlmək lazımdır. Bundan əvvəl əlaqə saxlayıb (+994 55 511 33 03 – Ramin Həsənov; m[email protected]z) qeydiyyatdan keçmək mütləqdir.

Məlumat üçün qeyd edək ki, “Mançester Yunayted Futbol Məktəbi” 2014-cü il sentyabrın 23-də yaranıb, oktyabrın 6-dan isə fəaliyyətinə start verilib. Dərslər həftədə 2 dəfə olmaqla praktiki və nəzəri şəkildə keçirilir. Hazırda məktəbdə 3 istedadlar və 1 ilkin hazırlıq qrupu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi