Macarıstanın İT şirkətləri Azərbaycana investisiya qoyuluşuna maraq göstərir

Macarıstanın İT şirkətləri Azərbaycana investisiya qoyuluşuna maraq göstərir Bunu macarıstanlı səfir Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri ilə görüşü zamanı bildirib
İKT
2 Oktyabr , 2015 13:55
Macarıstanın İT şirkətləri Azərbaycana investisiya qoyuluşuna maraq göstərir

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Macarıstanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Ə.Abbasov ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə, xüsusən rabitə və yüksək texnologiyalar sahəsində daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, İKT-nin bir çox istiqamətləri üzrə Macarıstan və Azərbaycan arasında əməkdaşlığa maraq göstərildiyini vurğulayıb.

Nazir səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər fonunda Azərbaycanın İKT sahəsində macar təcrübəsinin tətbiqinin faydalı ola biləcəyini və münasibətlərin gələcəkdə də dinamik inkişaf etdirilməsinə böyük önəm veriləcəyini nəzərə çatdırıb.

İ.Laslotski də əlaqələrin müxtəlif sahələrdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı öz fikirlərini paylaşıb. Azərbaycanda qurulan Tier III səviyyəli regional Data Mərkəzinə, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşuna macar şirkətləri tərəfindən böyük maraq göstərildiyini deyən diplomat dekabrın 2-5-də Bakıda keçiriləcək “Bakutel-2015” beynəlxalq İKT sərgi-konfransında Macarıstanın milli pavilyonla iştirak edəcəyini nəzərə çatdırıb.

Münasibətlərin inkişafına görüş və qarşılıqlı səfərlərin müsbət təsirindən söz açan səfir oktyabrın 12-15-də Budapeştdə keçiriləcək “ITU Telecom World 2015” beynəlxalq sərgi-konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı məmnunluğunu ifadə edib. Görüşdə əməkdaşlığın inkişafı istiqamətində maraq doğuran digər istiqamətlər bir daha nəzərdən keçirilib və ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi