Kibertəhdidlərin inkişafı bankları təhlükəsizlik məsələlərinə daha çox vəsait xərcləməyə məcbur edir

Kibertəhdidlərin inkişafı bankları təhlükəsizlik məsələlərinə daha çox vəsait xərcləməyə məcbur edir Kibertəhlükəsizlik üzrə bankların orta illik büdcəsi 58 mln. dollara bərabərdir
İKT
14 Aprel , 2017 20:10
Kibertəhdidlərin inkişafı bankları təhlükəsizlik məsələlərinə daha çox vəsait xərcləməyə məcbur edir

Bakı. 14 aprel. REPORT.AZ/ Kibertəhlükəsizlik üzrə bankların orta illik büdcəsi 58 mln. ABŞ dollarına bərabərdir: bu, qeyri-maliyyə təşkilatlarından üç dəfə çoxdur. 

"Report" xəbər verir ki, bu, "Kaspersky Lab” şirkətinin araşdırmasının nəticələrində qeyd edilib.

"Əksər hallarda, bu xərclər özünü doğruldur. Bank nümayəndələri bu ölçüdə olan digər şirkətlərə nisbətən kompüter cinayətlərinin daha az sayda olduğunu bildiriblər. Bundan başqa, respondentlərin 64%-i bildirib ki, investisiyaların geri qaytarılmasından asılı olmayaraq onlar təhlükəsizliyin daha da güclü olmasına sərmayə yatıracaq. Kibermüdafiəyə yatırılan investisiyaların artımasının əsas səbəbləri mövcuddur: son bir neçə ildə maliyyə sektoru üçün təhdidlərin sayı durmadan artır ki, onlar daha da mürəkkəb və ciddi nəticələrə gətirə bilər. Belə ki, bankların 70%-i ötən il kiberfırıldaqlıq nəticəsində zərəri çəkib. Ən çox narahatlıq mobil bankçılıqla bağlı risklər yaradır: respondentlərin 42%-i hesab edir ki, növbəti 3 il ərzində kibermüdafiədən müştərilərin böyük hissəsi istifadə edəcək, lakin kibersavadlılığın səviyyəsi aşağı olaraq qalacaq. Bu hal mobil cihazlar vasitəsi ilə pul oğurluğu hadisələrinin sayının artmasına gətirə bilər", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, banklar üçün digər aktual təhlükələr arasında fişinq məsələsi durur: 2016-cı ildə 46% şirkətin müştəriləri bu təhlükə ilə qarşılaşıb. Daha bir yüksək risk sahəsi – bankomatlardır. Ötən il bankomatlar üçün zərərli proqram təminatının həcmi 2015-ci illə müqayisədə 20% artıb, bununla belə hücumlar bankların yalnız 19%-ni narahat edir.

İstifadəçilərin ehtiyatsızlığı və hücumların sayının artması bankları təhlükəsizliklə bağlı olan prioritetləri dəyişməyə məcbur edir: araşdırmada iştirak edən respondentlərin 61%-i tətbiqlərin və saytların müdafiəsinin təhlükəsizliyini yaxşılaşdırmağı əsas prioritetlərindən biri hesab edir. İkinci yerdə (52%) daha etibarlı avtorizasiya sistemlərinin tətbiqi sməsələsi durur. 

Son xəbərlər

Orphus sistemi