"iOS 9" bu gündən etibarən istifadəyə verilib

"iOS 9" bu gündən etibarən istifadəyə verilib Yeni sistemin iddiası enerjiyə əvvəlki versiyalara nisbətən iki dəfə artıq qənaət edə bilməsi olacaq
İKT
10 İyul , 2015 18:40
iOS 9 bu gündən etibarən istifadəyə verilib

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gündən etibarən iPhone” və “iPad”lar üçün “iOS 9” beta istifadəyə verilib.  Apple istifadəçiləri bu gündən cihazlarına “iOS 9”u endirə biləcəklər.

“Report” xarici mediaya istinadən bildirir ki, hələ beta mərhələsində olan versiyanı endirə bilmək üçün istifadəçilər “Apple Beta Proqram”da qeydiyyatdan keçməlidirlər.

Yenilənmiş əməliyyat sisteminin gətirəcəyi asanlıqlardan biri də “iPad”lardakı klaviaturalar olacaq. Yeni klaviatura vasitəsilə daha sürətlə və daha rahat yazı yazmaq mümkün olacaq. Bununla yanaşı “iPad”in ekranı eyni vaxtda iki hissəyə bölünərək istifadə edilə biləcək, yəni istifadəçi ekranın bir hissəsində mail yazırsa, digər hissədə internetdə axtarış edə biləcək.

Yeni sistemin ən böyük iddialarından biri də enerjiyə əvvəlki versiyalara nisbətən iki dəfə artıq qənaət edə bilməsi olacaq.

“iOS 9”u dəstəkləyən “iPhone” və “iPad” modelləri: 2, 3 və 4-cü nəsil “iPad”lar generasiyası, “iPad Air”, “iPad Air 2”, “iPad Mini”, “iPad Mini 2”, “iPad Mini 3”, “iPhone 4S”, “iPhone 5”, “iPhone 5C”, “iPhone 5S”, “iPhone 6”, “iPhone 6 Plus”, “5-ci nəsil iPod touch” olacaq.

Son xəbərlər

Orphus sistemi