"Instagram"da istifadəçilərin profil və paylaşımlarını gizlətmək artıq mümkündür

"Instagram"da istifadəçilərin profil və paylaşımlarını gizlətmək artıq mümkündür Profili və paylaşımları gizlədilən əkkaunt sahibi bundan xəbərsiz olacaq
İKT
23 May , 2018 05:10
Instagramda istifadəçilərin profil və paylaşımlarını gizlətmək artıq mümkündür

Bakı. 23 may. REPORT.AZ/ "Instagram" sosial şəbəkəsinə yeni "Mute" düyməsi əlavə olunub. Bu düymənin köməkliyi ilə hər hansı bir istifadəçinin paylaşımlarını onu dostluqdan silmədən gizlətmək mümkündür.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı sosial şəbəkənin bloqunda məlumat yerləşdirilib.

Həmin funksiyanı aktiv etmək üçün foto və ya istifadəçinin profilinin yuxarı küncündəki "…" işarəsini sıxmaq lazımdır. Paylaşımları gizlədilən profil istifadəçisinin bundan xəbəri olmayacaq. Eyni üsulla həmin funksiyanı yenidən deaktiv etmək mümkündür.

Müəyyən istifadəçilərin paylaşımlarının müvəqqəti və ya birdəfəlik gizlədilməsi funksiyası "Facebook" və "Twitter" sosial şəbəkələrində də var.

Son xəbərlər

Orphus sistemi