​IBM Azərbaycanda rəqabət aparacağı sahələri açıqlayıb

​IBM Azərbaycanda rəqabət aparacağı sahələri açıqlayıb Əsas diqqət həllərin irəliləməsi, elektron hökumət, bulud texnologiyaları, bank sektoru, biznes analitika və konsaltinqa yönəldiləcək
İKT
5 Mart , 2015 12:56
​IBM Azərbaycanda rəqabət aparacağı sahələri açıqlayıb

Bakı. 5 mart. REPORT.AZ/ IBM Korporasiyası Azərbaycan bazarında rəqabət aparacağı sahələri açıqlayıb.

Beynəlxalq şirkət ölkədə fəaliyyəti dövründə əsasən dövlət sektoru, həllərin irəliləməsi, elektron hökumət, bulud texnologiyaları, bank sektoru, biznes analitika, kommersiya, İKT sektorunda konsaltinq sahələrinə hədəflənəcək. "REPORT" xəbər verir ki, bunu IBM-in Azərbaycan üzrə baş direktoru İlya Kravtsov bildirib.

İ.Kravtsovun sözlərinə görə, IBM Azərbaycanda üçrəqəmli artıma nail olmaq niyyətindədir: "Hər şey əsasən sifarişin tələbindən asılı olacaq".

Son xəbərlər

Orphus sistemi