Yuxarı

İyunda "Elektron hökumət" portalına 266 min nəfər müraciət edib

Portal üzərindən təqdim edilən xidmətlərin sayı 421-ə çatıb

Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda "Elektron hökumət" portalına 675,6 min daxilolma qeydə alınıb. "Report" xəbər verir ki, bu haqda məlumat "e-hökumət" portalının iyun ayına olan bülletenində bildirilir.

"E-hökumət" portalında tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron hökumət" İKT sahəsindəki təcrübəsi barədə xəbərlər əksini tapıb.

Portala müraciət edənlərin ümumi sayı iyunda 266,4 min nəfər olub. Onlardan 27,6%-ni yeni istifadəçilər, 72,4%-ni isə təkrar müraciət edənlər təşkil edib. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parolu alan istifadəçilərin sayı 245,5 minə çatıb. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 421 olub.

Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin iyunun 30-na qədər portala ümumilikdə 7,331 mln.-a yaxın daxilolma qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi