Yuxarı

İyunda daha çox TQDK-nın e-xidmətlərindən istifadə olunub

Qurumun 15 elektron xidmətindən 600 min dəfə istifadə edilib

Bakı. 10 iyul. REPORT.AZ/ Cari ilin iyun ayı ərzində bütün qurumlar üzrə “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistikaya əsasən, iyun ayı üzrə elektron xidmətindən ən çox istifadə olunan qurum Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri olub. “Report” xəbər verir ki, qurumun 15 elektron xidməti 598. 5 min dəfə istifadə edilib.

İkinci sırada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dayanır, 42 elektron xidmətdən 195.3 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 xidmətindən 157. 7 min, Dövlət Sosial Müdafiə Fondunun 19 xidmətindən 137.1 min, Daxili İşlər Nazirliyinin 3 xidmətindən isə 3.4 min dəfə istifadə olunub.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ən çox istifadə olunan xidmətləri abituriyentlərin sınaq imatahanları nəticələri və qəbul imtahanlarına buraxılış vəqərələrinin verilməsi ilə bağlı olan xidmətlərdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi