Yuxarı
    Bağlamaq

    ​İT sahəsinin qadınları ayrı-seçkilikdən şikayət edir

    Onlar qadın menecerlərin sayının yetərli olmadığını düşünürlər

    Bakı. 19 fevral. REPORT.AZ/ İnformasiya Texnologiyaları (İT) sahəsində çalışan qadınların dörddə bir hissəsi sahədəki mövcud ayrı-seçkilikdən şikayət edərək heç vaxt rəhbər vəzifə tuta bilməyəcəyini hesab edir.

    “Report” “Computerworld”ə istinadən xəbər verir ki, “O2” şirkəti tərəfindən keçirilən sorğuda rəyi soruşulanların yarısı bildirib ki, şirkətlərdə ümumiyyətlə qadın menecerlərin sayı yetərli qədər deyil, üçdə iki hissəsi isə bütün vacib qərarların kişilər tərəfindən qəbul olunmasına əminliyini ifadə edib. Maraqlıdır ki, hamı şirkətləri adi vəzifələri süni şəkildə qadınlarla doldurmaqla gender bərabərliyinə əməl olunması görüntüsü yaratmalarına görə tənqid edir.

    “О2” Britaniyanın "CIPD” Peşə İnkişafı İnstitutu ilə birlikdə məqsədi 2020-ci ilədək İT sahəsində çalışan qadınların rəhbər vəzifələrdə payının ən azı 20% səviyyəsinə çatdırılması olan proqramın hazırlanması ilə məşğuldur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi