İqtisadiyyat Nazirliyi: "Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib"

İqtisadiyyat Nazirliyi: "Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib" Tarif Şurasının qərarı ilə beynəlxalq zənglərin qiymətləri bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib
İKT
7 Fevral , 2017 18:49
İqtisadiyyat Nazirliyi: Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib

Bakı. 7 fevral. REPORT.AZ/ "Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib"

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə əsassız məlumatlar yayılıb.

Xatırladırıq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-ci il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədır.

Son xəbərlər

Orphus sistemi