Yuxarı
    Bağlamaq

    İnternet virusunun yaradıcısı günahını etiraf edib

    Prokurorluqla əldə olunmuş sövdələşmə hesabına Latviya vətəndaşına cəmi iki il həbs cəzası kəsilə bilər

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Tarixdə ən təhlükəli internet viruslarından birini yaratmış qrupun üzvü olan Deniss Calovskis ABŞ-da keçən məhkəmədə günahını etiraf edib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, o, yalnız ABŞ-da 40 min kompyuteri sıradan çıxarmış troyan kodunun bir hissəsini yazmaqda ittiham olunur.

    "Mən bilirdim ki, etdiklərim qanunsuzdur”, - müttəhim Nyu Yorkda keçirilən dinləmələr vaxtı edib.

    Prokurorluqla əldə olunmuş əməkdaşlıq barədə sövdələşməyə görə etiraf ifadəsi müqabilində Latviya vətəndaşına cəmi iki il həbs cəzası kəsilə bilər.

    Deniss Calovskis dünya boyu milyonlarla kompyuterə yol tapan “Gozi” virusunu 25 yaşlı rusiyalı Nikita Kuzmin və 28 yaşlı Rumıniya vətəndaşı Mihai Ionut Paunescu ilə birgə yaratdığını bildirib.

    İşi araşdıran ABŞ prokurorluğu virusun istifadəsi nəticəsində yetirilmiş ziyanın on milyonlara dollar təşkil etdiyini hesab edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi