İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin ekspertizası başa çatıb

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin ekspertizası başa çatıb Müsabiqəyə təqdim edilən 121 layihədən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçib
İKT
15 Sentyabr , 2016 18:43
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin ekspertizası başa çatıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə təqdim olunan layihələrin ilkin ekspertizası başa çatdırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan “Report”a bildirilib ki, müsabiqəyə təqdim edilən 121 layihədən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçib. Növbəti mərhələyə keçən layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçiriləcək.

Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim olunacaq.

Müsabiqəyə layəhələrin qəbulu e-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə aparılıb.

Son xəbərlər

Orphus sistemi