Bakı. 1 aprel. REPORT.AZ/ AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda
Tədbirdə qeyd olunub ki, TİM-in saytında ölkə üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi, imtahanların qəbulu, qaydalar və tələb olunan sənədlər, AMEA-nın doktorant və dissertantlarının fəlsəfə üzrə doktorluq imtahanları, AMEA-nın doktoranturasına fəlsəfədən qəbul imtahanları, AMEA-nın magistrantlarına informatika və ümumi fənlər üzrə dərslərin tədrisi və semestr imtahanları, imtahan prosesinə test texnologiyalarının tətbiqi, görülən işlərlə bağlı hesabatlar, eləcə də mərkəzdə keçirilən tədbirlər, görüşlər haqqında ətraflı məlumat veriləcək.
Eyni zamanda, TİM-in nəzdindəki Distant Tədris Mərkəzi, Viki-Mərkəz və Olimpiya Mərkəzinin fəaliyyəti, institutun hər il təşkilatçılarından biri olduğu “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” və “Orta məktəb şagirdləri arasında İnformatika Layihə Olimpiadası” ilə bağlı məlumatlar işıqlandırılacaq.
Bununla belə, Mərkəzin müxtəlif təşkilatlar, İT şirkətlər, kurslar və universitetlərlə əməkdaşlıq, o cümlədən beynəlxalq əməkdaşlıq münasibətlərinə dair məlumatların “Əməkdaşlıq” bölməsində, burada keçirilən mühüm tədbirlər haqqında foto və video informasiyanın “Fotoqalereya”, “Videoqalereya” bölmələrində əksini tapması nəzərdə tutulur.
Bundan başqa, veb-saytda tədris proqramları, mühazirələr, məqalələr, kitablar və müxtəlif resursların asanlıqla əldə edilməsi üçün “e-Resurslar” bölməsi və müvafiq linklər yer alacaq.
Mərkəzin əməkdaşı Raqif İsmayılovun sözlərinə əsasən, veb-sayt cəlbedici dizayna malik olacaq və onun ilkin versiyası yaxın zamanda müzakirəyə təqdim ediləcək.