İlham Əliyev: “Beynəlxalq Astronavtika Konqresinin təxminən 50 ildən sonra Bakıda keçirilməsi böyük rəmzi məna daşıyır”

İlham Əliyev: “Beynəlxalq Astronavtika Konqresinin təxminən 50 ildən sonra Bakıda keçirilməsi böyük rəmzi məna daşıyır” “İctimaiyyətin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilib.
İKT
29 Oktyabr , 2019 17:21
İlham Əliyev: “Beynəlxalq Astronavtika Konqresinin təxminən 50 ildən sonra Bakıda keçirilməsi böyük rəmzi məna daşıyır”

“İctimaiyyətin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilib". 

“Report” xəbər verir ki, bunu Prezident İlham ƏliyevAzərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi qəbul edərkən deyib. 

Dövlət başçısı bu barədə ABŞ-ın paytaxtı Vaşinqtonda, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakının 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə danışıb. Onun sözlərinə görə, 50 ildən sonra Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır: "Cəmi bir dəfə, o da Bakı şəhərində. O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərib ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilib. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcək.

Növbəti 2-3 il ərzində konqresin keçirilməsi üçün böyük təşkilati işlər aparılmalıdır. Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir. Ona görə vaxt gələndə Konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əlbəttə ki, əsas hazırlıq işlərini “Azərkosmos” üzərinə götürəcək. Beləliklə, biz növbəti böyük uğura imza atdıq”.

Son xəbərlər

Orphus sistemi