Yuxarı

İKT Fondu ikinci qrant müsabiqəsinin qaliblərini açıqlayıb

Ümumilikdə layihələrin həyata keçirilməsinə 300 min manatdan yuxarı vəsait ayrılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda fondun elan etdiyi ikinci qrant müsabiqəsinə yekun vurulub.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusunda keçirilən ikinci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunub.

İlkin və kompleks ekspertizadan keçən 62 layihə Fondun Müşahidə Şurasına təqdim olunub. Müşahidə Şurası tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Qaliblər arasında “AZE_DataMiner”, “tacirlink.az”, “SoSmart”, “MUZEYCARD”, “Sizinmarket.az”, “e-Hesabat”, “investbaku.az”, “Mobil oyunun hazırlanması”, “Azərbaycanda Virtual server VPS/VDS” – Serverlərin icarəsi xidməti VPS/VDS (Virtual Private Server/ Virtual Dedicatd Server), “Online Kurs Sistemi”, “Shopera.az”, “Bakı şəhərinin CİS əsaslı elektron xəritəsinin veb və mobil xidmətlərinin yaradılması”, “Məsafədən idarə olunan çoxfunksionallı smart qurğu”, “Kitab-app”, “GeoSatLink”, “D-təhsil”, “StayTuned.az”, “Milli tədris resursları portalı”, “Whatto”, “Trafikin optimal idarə olunması”, “SeSViD”, “Getonline.az”, “OPERA”, “EduPort”, “Yolçu”, “İ.İ.S. İnteqrasiya İnformasiya Sistemi”, “Xərcim.az”, “AzeriTour Soft”, “Findout”, “HavaNet” layihələrini qeyd etmək olar.

Qeyd edək ki, ümumilikdə layihələrin həyata keçirilməsinə 300 min manatdan yuxarı vəsait ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi