Yuxarı

"Huawei" özünün yeni əməliyyat sistemini tətbiq edəcək

"Huawei" öz əməliyyat sistemini tətbiq edəcək

“Huawei Technologies” şirkəti gələn ildən etibarən daha çox cihazlara özünə məxsus olan “Harmony OS” əməliyyat sistemini quraşdırmağı nəzərdə tutur.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətindən bildirildiyinə görə, “Harmony” həm daxili, həm də xarici bazarda satılacaq smart saatlarda, səs ötürücülərində, virtual məkan cihazlarında və sairədə quraşdırılacaq. İlk olararaq adıçəkilən əməliyyat sistemi “Honor Vision” smart TV-də qurulub.

Digər tərəfdən, “Harmony” hələlik “Huawei”nin kompüter, smartfon və planşetlərində tətbiq edilməyəcək. Sonrakı mərhələdə isə “Harmony”nin “Google” məhsulu olan “Android” sisteminə alternativ olaraq daha geniş tətbiq ediləcəyi bildirilir. Belə ki, “Huawei”nin yaratdığı yerli əməliyyat sistemi Çin – ABŞ ticarət ixtilafının mümkün fəsadlarından sığortalanmağa kömək edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi