KİV: “Huawei” şirkətinin xarici ölkələrdə müxalifətin təqib olunmasında əli var

KİV: “Huawei” şirkətinin xarici ölkələrdə müxalifətin təqib olunmasında əli var “Huawei” şirkətinin mütəxəssisləri Uqanda və Zambiya hökumətlərinə müxalifət nümayəndələrinin yerini təyin etməkdə və ismarışlarını oxumaqda yardım ediblər.
İKT
15 Avqust , 2019 09:59
KİV: “Huawei” şirkətinin xarici ölkələrdə müxalifətin təqib olunmasında əli var

“Huawei” şirkətinin mütəxəssisləri Uqanda və Zambiya hökumətlərinə müxalifət nümayəndələrinin yerini təyin etməkdə və ismarışlarını oxumaqda yardım ediblər.

“Report” “The Wall Street Journal”ə istinadən xəbər verir ki, mənbələrin dediyinə görə, ötən il Uqanda xüsusi xidməti guya sırf “Huawei” əməkdaşlarının köməyi ilə müstəqil millət vəkili, Bobi Vayn ləqəbli tanınmış musiqiçi Robert Kyaqulanyinin şifrəli yazışmalarını oxuya, daha sonra da özünü və bəzi tərəfdarlarını həbs edə, təşkil etdikləri etiraz aksiyalarının qarşısını alıb. Bu məlumatı sözügedən respublikanın xüsusi xidmət əməkdaşları tərəfindən təsdiqləndiyi də bildirilir.

Zambiyada isə “Huawei” mütəxəssislərinin köməyi ilə polis müxalifət nümayəndələrinin smartfonlarına, "Facebook" səhifələrinə daxil olub və bunun nəticəsində onlar həbs olunublar.

Şirkətdən isə bütün bunları təkzib ediblər. Həmçinin “Huawei”in sadalanan fəaliyyətlərindən Çin rəsmilərinin xəbəri olduğuna dair sübutların əldə edilmədiyi də qeyd olunur.

Son xəbərlər

Orphus sistemi