Yuxarı

HTC yeni smartfonunu satışa çıxarır

Yeni telefonun satış qiyməti 649 dollar olacaq

Bakı. 9 mart. REPORT.AZ/ Tayvanın texnologiya nəhəngi olan HTC şirkəti yeni “One M9” smartfonunu bu il Barselonada təşkil edilən “MWC 2015” sərgi-konfransda rəsmi olaraq təqdim edib.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, müşahidəçilər tərəfindən müsbət qarşılanan “One M9”un nə vaxt satışa təqdim ediləcəyi və qiyməti bu gün məlum olub.

Tanınmış pərakəndə satış saytlarından biri olan “B&H”də yer alan məlumatlara görə, "HTC One M9" martın 25-dən satışa buraxılacaq. Məhsulun qiyməti isə 649 dollar olaraq təyin olunub. Telefon, kontraktsız olaraq bu qiymətə satılır və 32 GB daxili saxlama yaddaşı var. Rəng variantları olaraq isə gümüş və qızılı rənglər təqdim edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi