Yuxarı

​HTC Çindəki istehsal mərkəzini satmağa hazırlaşır

Maliyyə sıxıntısı keçirən şirkət personalın 15%-ni ixtisar edəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Maliyyə cəhətdən pis dövr yaşayan Tayvanın HTC şirkəti vəziyyətdən çıxmaq üçün bir sıra addımlar atır. Şirkət ilk addım kimi cari ilin son rübündə işçilərin ixtisarına başlayacaq və personalı təxminən 15% və ya 2 250 nəfər azaldacaq.

“Report” xarici mediaya istinadən bildirir ki, son məlumatlarda isə tədbirlərin yalnız ixtisarla bitməyəcəyini və istehsalçının 2009-ci ildə qurduğu istehsal mərkəzini satmağa hazırlaşdığı qeyd olunub.

HTC-nin müvəffəqiyyətli satışa başladığı dövrdə qurulan 150 kv. metrlik fabrik təxminən 32,2 mln. dollarlıq bir sərmayə tələb edirdi. 2010-ci ildə satışın yüksəlməsi istehsalın iki qat artmasına səbəb olub. Lakin istehsal imkanları “Samsung” və “Apple” kimi brendlərlə müqayisədə hələ də olduqca geri qalır. Digər tərəfdən, Çində aşağı qiymətli telefon istehsalçıları da olduqca müvəffəqiyyətli satış həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi