Yuxarı

​Google və TAG Heuer ağıllı saat istehsal edəcək

Ağıllı saatın Android əməliyyat sisteminə sahib olacağı bildirilib

Bakı. 24 mart. REPORT.AZ/ Gucci, Patek Philippe və Breitlingin ardından mərkəzi İsveçrə olan nəhəng saat istehsalçısı TAG Heuer də ağıllı saat bazarına addım atmağa hazırlaşır.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Apple”nin qiyməti 17 min dollara qədər çıxan 18 karat qızıl ilə əhatə olunmuş ağıllı saattının təqdimatının ardından texnologiya nəhəngi Google TAG Heuer ilə birlikdə bir layihəyə imza atmaq üçün hazırlıqlara başlayıb.

Ötən günlərdə ilkin məlumatları yayılan ağıllı saatın Android əməliyyat sisteminə sahib olacağı bildirilib. Bu il ərzində bazara çıxarılması gözlənilən “smart” cihazın qiyməti haqqında isə hələ heçnə məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi